RU

“Bu futbolçuların fanatıyam” - Ronaldo

"Əl-Nəsr"in ulduz oyunçusu Kriştiano Ronaldo pərəstiş etdiyi futbolçulardan danışıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, Braziliya millisinin sabiq futbolçuları Ronaldo və Ronaldinyoya rəğbət bəslədiyini bildirib:

"Ronaldo və Ronaldinyo özlərinin irsini, tarixini qoyublar. Onlardan çox fərdi mükafatlar qazanmışam, amma hər ikisi dünya çempionu olublar. Onlara çox rəğbət bəsləyirəm. Bu iki futbolçunun oyununu izləməklə böyümüşəm. İkisindən ən yaxşısının kim olduğunu demək çətindir. Amma onu deyə bilərəm ki, hər ikisi kumirimdir".

Milli.Az 

Избранный
17
3
milli.az

4Источники