RU

Çin Trumpın tarif siyasətinə cavab verəcək

Çinin Ticarət Nazirliyi çərşənbə axşamı günü qüvvəyə minəcək ABŞ-ın yeni idxal tariflərinə cavab verəcəyini vəd edərək, Tramp administrasiyasının fentanil axınına görə Pekini günahlandıraraq təyziq göstərməyə çalışdığına dair mövqeyini təkrarlayıb.

İki sahil” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Çin dəfələrlə bəyan edib ki, ABŞ-ın birtərəfli tarifləri Ümumdünya Ticarət Təşkilatının qaydalarını pozur və çoxtərəfli ticarət sisteminə xələl gətirir” - nazirlik bildirib.

Qeyd edilib ki, ABŞ-ın bu cür tədbirləri problemləri həll etməyəcək, əksinə Çin-ABŞ iqtisadi və ticarət əməkdaşlığına zərər verəcək və müntəzəm beynəlxalq ticarəti pozacaq.

Nazirlik bildirib ki, Çin ABŞ-ı əsassız və başqalarına zərərli olan birtərəfli tarif tədbirlərini dərhal geri götürməyə çağırıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Избранный
49
ikisahil.az

1Источники