RU

Tramp Ukraynaya silah yardımını dayandırdı

 ABŞ prezidenti Donald Tramp Ukraynaya silah yardımını dayandırıb. 

Bizim.Media xəbər verir ki, bu informasiyanı Ağ Evin sözçüsü CNN-ə təsdiqləyib.   

"Prezident sülhə sadiq olduğunu açıq şəkildə bildirdi. Bizim tərəfdaşlarımızın da bu məqsədə sadiq olmasına ehtiyacımız var. Biz yardımımızı dayandırırıq və bunu yenidən nəzərdən keçiririk. İnanırıq ki, bu, sülhə töhfə verəcək”, - bəyanatda deyilir. 

Sözçü əlavə edib ki, hazırda Ukraynaya gedən və ya tranzit zonalarda tədarükünü gözləyən bütün Amerika hərbi texnikası Kiyev sülh danışıqlarına sadiqliyini nümayiş etdirməyincə ölkəyə daxil olmayacaq. 

Bizim.Media 

Избранный
7
bizim.media

1Источники