UEFA "Roma"nın baş məşqçisi Klaudio Ranyerini hakimləri tənqid etdiyinə görə cərimələyib.
Publika.az xəbər verir ki, bu barədə “Football Italia” məlumat yayıb.
Bu, Avropa Liqasının “Porto” ilə ilk pley-off oyunundan (1:1) sonra baş verib. Görüşü almaniyalı Tobias Ştilerin komandası idarə edib.
Matçdan sonra romalıların baş məşqçisi bildirib ki, Ştiler rəqibə qələbə verə bilərdi.