Usman Dembele cari mövsümdə məhsuldar çıxışını davam etdirir.
PSJ-nin futbolçusu yeni rekorda imza atıb. Onun rekordu Liqa 1-in 24-cü turunun “Lill”ə 4:1 hesabı ilə qalib gəldikləri matçda qeydə alınıb. Fransalı vinger 2025-ci ildə vurduğu qollarının sayını 18-ə çatdırıb. O, XXI əsrdə qitənin 5 aparıcı liqasında martın 1-nə qədər bu qol sayına çatan ilk futbolçudu.
Əvvəlki rekord Lionel Messiyə məxsus idi. “İnter Mayami”nin argentinalı hücumçusu “Barselona”da çıxış edərkən, 2016-cı ildə martın 1-nə qədər 17 qol vurmuşdu.
Dembele hazırda Liqa 1-də 18 qolla çempionatın bombardiridi. O, bu mövsüm ümumilikdə 33 oyuna 26 qol vurub və 6 məhsuldar ötürmə edib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта