Bakı, 4 mart, AZƏRTAC
Futbol üzrə Azərbaycan milli komandasının Belarus seçməsi ilə keçirəcəyi yoldaşlıq görüşünün yeri və başlama saatı müəyyənləşib.
AFFA-dan AZƏRTAC-a verilən məlumata görə, yığma rəqibini martın 25-də “Bank Respublika Arena”da qəbul edəcək.
Qarşılaşma saat 21:45-də başlayacaq.