RU

Tramp Çinə tətbiq edilən tarifləri 20 faizə qaldırıb

BAKI, TurkicWorld

ABŞ prezidenti Donald Tramp ölkəyə fentanilin daxil olmasına qarşı mübarizə aparmadığına görə Çinə tətbiq edilən tarifləri 10%-dən 20%-ə qaldırıb.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Çinin fentanil və digər sintetik opioidlərin ABŞ-a axınının qarşısını almaq üçün kifayət qədər tədbir görmədiyini iddia edərək tariflərin 20%-ə qaldırılmasına qərar verib.

Tramp sərəncamında vurğulayıb ki, Çinin bu məsələdə passiv davranışı ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün təhdid yaradır.

Çin fentanil problemini həll etmək üçün yetərli addımlar atmır. Ona görə də, Çindən idxala tətbiq edilən tarif dərəcəsi 20%-ə qaldırıldı."- deyə o bildirib.

Qeyd edək ki, Tramp fevralın 1-də Çindən idxal olunan mallara 10%-lik rüsum tətbiq edən fərman imzalamışdı. Tarif fevralın 4-dən qüvvəyə minmişdi.

Lakin Tramp fevralın 27-də Truth Social hesabında etdiyi paylaşımda, martın 4-də Çinə əlavə 10%-lik tarif tətbiq ediləcəyini açıqlamışdı. Bundan sonra tariflərin daha da artacağı ilə bağlı xəbərdarlıq etmişdi.

Избранный
23
turkic.world

1Источники