RU

Bu ölkə də Ukraynaya sülhməramlılar göndərə bilər

Avstraliyanın baş naziri Entoni Albaneze Ukraynaya sülhməramlıların göndərilməsinə icazə verdiyini bildirib.

Publika.az xəbər verir ki, bu barədə Avstraliyanın ABC telekanalı məlumat yayıb.

"Hazırda potensial sülhməramlılarla bağlı müzakirələr gedir və mənim hökumətimin nöqteyi-nəzərindən, biz gələcəkdə istənilən təklifi nəzərdən keçirməyə hazırıq", - Albaneze bildirib.

Baş nazir vurğulayıb ki, Avstraliya Ukraynaya kömək etməyə hazırdır. O, həmçinin qeyd edib ki, avstraliyalı sülhməramlılar son onilliklərdə bir sıra digər xarici ölkələrin “sabitləşdirilməsində” rol oynayıblar.

"Başlanğıc üçün Avstraliya tarixən Afrika, Kipr kimi ərazilərdə, sülhməramlı bir sıra sahələrdə böyük rol oynayıb", - Albaneze izah edib.

Avstraliyanın müxalifət lideri Piter Dutton isə fərqli fikir bildirib.

Избранный
11
1
publika.az

2Источники