Böyük Britaniya İnformasiya Komissarlığının Ofisi (ICO) “TikTok” və “Reddit”in uşaqların şəxsi məlumatlarından necə istifadə etdiyini araşdırmaq üçün araşdırmaya başlayıb.
İndex.az xəbər verir ki, ICO-nun verdiyi açıqlamada, bu araşdırmanın sosial media və video paylaşma platformalarının tövsiyə sistemlərində uşaqların onlayn fəaliyyətlərindən əldə etdikləri məlumatlardan istifadə edilməsi ilə bağlı artan narahatlıqlar səbəbiylə başladığı bildirilib.
Qeyd edilib ki, məlumatların bu cür emalı gənclərə uyğun olmayan və ya zərərli məzmunun təqdim edilməsinə səbəb ola bilər.
ICO komissarı Con Edvards açıqlamasında sosial media şirkətlərinin təklif etdiyi texnologiya və yenilikləri alqışladıqlarını, lakin bu prosesin uşaqların şəxsi həyatı bahasına həyata keçirilə bilməyəcəyini vurğuladı.