RU

ABŞ Rusiyaya qarşı sanksiyaları ləğv edə bilər

AzVision.az xəbər verir ki, amerikalı məmurlara istinad edən“Reuters” agentliyinin yazdığına görə, prezident Donald Tramp Moskva ilə əlaqələri bərpa etməyə və Ukraynada müharibəni dayandırmağa çalışdığı üçünABŞ Rusiyaya qarşı sanksiyaları potensial olaraq yumşaltmaq planı hazırlayır.

“ABŞ administrasiyası rəsmilərinin diplomatik və iqtisadi münasibətləri yaxşılaşdırmaq müstəvisindəMoskva ilə daha geniş danışıqlar çərçivəsində yaxın günlərdə Rusiya rəsmiləri ilə müzakirə apara bilməsi üçün Ağ Ev Dövlət departamentinə və Maliyyə nazirliyinə yüngülləşdirilə biləcək sanksiyaların siyahısını hazırlamağı tapşırıb”,- agentliyin mənbələri deyiblər.

Onların iddiasına gröə, sanksiya idarələri hazırda bəzi hüquqi və fiziki şəxslərə, o cümlədən bəzi rusiyalı oliqarxlara qarşı sanksiyaların ləğvi ilə bağlı təklif hazırlayır.

Yeri gəlmişkən, Donlad Trampın özü də Vaşinqtonun Rusiyaya qarşısanksiyalarını aradan qaldıra biləcəyini istisnaetməyib.

- Ukrayna münaqişəsinə son qoymaq üçün sövdələşmələr edəcəyik”, - ABŞ prezidenti bununla bağlı sualın cavabında deyib.

Sahil İsgəndərov
AzVision.az
Избранный
18
azvision.az

1Источники