Bakı. Trend:
"Azərbaycanın ən çox istifadə etdiyi və ya böyütdüyü məsələregional kommunikasiya məsələsidir. Bakı Ermənistanla Azərbaycanarasında rabitə kanallarının bağlı olduğu aşkar faktı əsasgətirərək İrəvanın öhdəliklərini yerinə yetirmədiyini iddia edir.Xatırladım ki, Ermənistanın birtərəfli öhdəliyi yoxdur. Hər ikitərəf bir-biri üçün bütün nəqliyyat və iqtisadi kommunikasiyalarıaçmağı öhdəsinə götürdü. Bu gün Azərbaycanda nə bir nəqliyyat, nədə iqtisadi kommunikasiya nə Ermənistana, nə də Ermənistandankeçənlərə açıqdır: nə bir yol, nə bir dəmir yolu, nə bir boruxətti, nə bir elektrik xətti, nə də bir kabel".
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Armenpress”də dərcolunan regionda mümkün kommunikasiyaların açılmasına həsr olunmuşətraflı açıqlamasında yazıb.
"Ermənistanın bütün yolları Azərbaycana açıqdır. Hələ 2022-ciildə hökumət Ermənistan-Azərbaycan sərhədində üç sərhəd-keçidməntəqəsinin açılması ilə bağlı qərar layihəsini dövriyyəyəburaxmışdı. Bu da Azərbaycanın yük və minik avtomobillərininErmənistana daxil olmasına, məsələn, Naxçıvana və Türkiyəyəgetməsinə imkan verəcək.
Bu qərar təkcə Azərbaycanın mövqeyinə və imtinasına görə qəbuledilməyib və Ermənistan hökuməti tərəfindən bir-iki həftə ərzindəqəbul edilə bilər. Təbii ki, Naxçıvana daxil olmaq üçün heç birinfrastruktur yoxdur və onu qurmaq lazımdır, bunu da kifayət qədərtez etmək olar. Halbuki, indi fiziki infrastrukturun hazırlığıbaxımından, məsələn, yük maşınları Kornidzor keçid məntəqəsivasitəsilə Ermənistan ərazisinə daxil ola, Ermənistan-Türkiyəsərhədinə qədər yollarımızla hərəkət edərək Marqara keçidməntəqəsindən Türkiyəyə daxil ola bilər. Eyni şey əks istiqamətdədə baş verə bilər. Bu cür tranzit yüklərin daşınması üçün tələbolunan fiziki infrastruktur hazırdır, de-yure qərar qəbul etməkqalır. Bu yükdaşımaların təhlükəsizliyini təmin edəcəyik, lakinazərbaycanlı sürücülər və yük maşınları üçün psixoloji çətinlikləryaranarsa, o zaman bu yükdaşımaları Ermənistan yollarında həmişəsürmüş və fəal surətdə sürməkdə davam edən Türkiyə TIR-larıtərəfindən təşkil oluna bilər. Digər ölkələrin yük maşınları daeyni şeyi edə bilər", - o bildirib.
Göründüyü kimi, Nikol Paşinyan yenidən reallığı alt-üst etməyəçalışır, öz uğursuzluğunu "konstruktiv mövqe" kimi təqdim edir.
Paşinyanın bəyanatlarını oxuduqdan sonra elə təəssürat yaranırki, ya xroniki yalançı ilə, ya da öz ölkəsindəki vəziyyətə nəzarətedə bilməyən biri ilə qarşı-qarşıyayıq. Əks halda, onun faktlarıtəhrif etmək, öhdəlikləri yenidən yazmaq və özünü "konstruktivtərəf" kimi təqdim etmək cəhdlərini necə izah etmək olar, halbukiErmənistan dörd ildir ki, razılaşmaların icrasını bloklayır?
Onun "Armenpress"də dərc olunmuş bəyanatındakı yalanlarına, boşiddialarına və siyasi manipulyasiyalarına nəzər salaq.
1. "Ermənistanın birtərəfli öhdəlikləriyoxdur". 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatınıimzalayaraq, Ermənistan nəqliyyat kommunikasiyalarının blokdançıxarılması ilə bağlı konkret öhdəliklər götürüb - o cümlədənAzərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında koridorunyaradılmasına razılıq verib. Amma bu öhdəlikləri yerinə yetirməkəvəzinə, Ermənistan illərdir prosesi bloklayır, sabotaj edir,təxribatlar törədir və saxta təhdidlər uydurur. İrəvana bu açıqhəqiqəti dərk etmək üçün neçə il lazım oldu? Sənəd imzalandıqdansonra demək olar ki, dörd il keçib, amma Paşinyan hələ də"mexanizmləri araşdırır". Halbuki nəqliyyat dəhlizinin yaradılmasıüçün real addımlar atılmayıb və heç vaxt da atılmayıb.
2. "Azərbaycan da öz yollarını açmayıb".Azərbaycan yolları tranzit üçün açıqdır, lakin İrəvan özöhdəliklərini yerinə yetirmədiyi müddətcə Azərbaycandan qarşılıqlıaddımlar tələb edə bilməz. Zəngilan–Mehri–Ordubad dəmir yoluharadadır? Quru tranzit haradadır? Hüquqi təminatlar haradadır?Bunların heç biri icra edilməyib. Ermənistan elə təəssüratyaratmağa çalışır ki, guya hər iki tərəf eyni məsuliyyəti daşıyır.Lakin Azərbaycan tranziti məhz Ermənistanın təqsiri ucbatındanməhdudlaşdırmayıb, halbuki İrəvan bilərəkdən dəhlizi bloklayır,çünki Azərbaycanın regionda iqtisadi güc qazanmasındanehtiyatlanır.
3. "Biz 1-2 həftə ərzində qərar qəbul etməyəhazırıq". Əgər Ermənistan həqiqətən də 2022-ci ildə buqərarı qəbul etməyə hazır idisə, niyə heç nə dəyişmədi?! ÇünkiPaşinyanın ölkəsində buna səlahiyyəti yoxdur. O, radikallardan,etirazlardan, həmçinin ya məcburi mühacirətə getmiş, ya da məhkəməqarşısında duran sələflərinin taleyindən qorxur. Hərgah Ermənistandoğrudan da hazır olsaydı, dəhliz artıq fəaliyyət göstərərdi. Ancaqgörünən odur ki, Paşinyanın bəyanatları sadəcə olaraq vaxt udmaqcəhdidir, guya "konstruktivlik" nümayiş etdirmək üçün verilmişnövbəti boş vəddir.
4. "Ermənistan tranzitin təhlükəsizliyinə dair öhdəlikgötürməyib". 10 noyabr 2020-ci il tarixli üçtərəflibəyannamənin 9-cu bəndində açıq şəkildə qeyd edilir ki, "ErmənistanAzərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikasıarasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir".Burada heç bir şərhə ehtiyac yoxdur - rəsmi sənəddə açıq-aydınyazılıb. Bəs Paşinyan indi bunun əksini nə əsasla iddia edir?İrəvan bu öhdəlikdən yayınmağa çalışaraq, "suverenliyinməhdudlaşdırılması" kimi qeyri-mümkün təhdidlər uydurur. AmmaErmənistan Azərbaycanın sərhədlərini tanıyırsa, o zaman sadə birtranzit yolunun onun suverenliyinə nə aidiyyəti var?
5. "Biz nəzarəti beynəlxalq təşkilata verməyə hazırıq,amma Bakı imtina etdi". Ermənistandan heç kim nəzarətibeynəlxalq təşkilatlara verməsini tələb etmir. Tək tələb olunanməqam dəhlizi blokdan çıxarmaq və Ermənistandan Gürcüstanvasitəsilə keçən tranzit üçün tətbiq etdiyi eyni rejimi təminetməkdir. Nikol Paşinyan "beynəlxalq nəzarətdən" danışır, çünkiprosesi pozmaq və əlavə bürokratik maneələr yaratmaq istəyir.Halbuki üçtərəfli bəyanatda heç bir beynəlxalq təşkilatın adıçəkilmir. Bu, Ermənistanın uydurmasıdır.
6. "Əgər Azərbaycan razı deyilsə, biz İran vasitəsilətranziti təklif etdik". Ermənistan dörd il ərzindərazılaşmaları bloklayıb, indi isə təəccüblənir ki, niyə Azərbaycanalternativ yollar qurur?! Paşinyan Ermənistan üzərindən tranzitin"hazır" olduğunu iddia edir. Yaxşı, belədirsə, niyə yol açılmayıb?!Əgər İrəvan həqiqətən tranziti açmaq istəyirsə, bunu dərhaletməlidir, yeni siyasi dividentlər qazanmaq üçün manipulyasiyalaretməməlidir.
7. "Niyə Azərbaycan bizim təkliflərimizi rəddedir?" Cavab çox sadədir: çünki Ermənistanın "təklifləri"növbəti yalan və məsuliyyətdən yayınmaq cəhdidir. Dörd il ərzindəErmənistan eyni boş vədləri verir: "Biz demək olar ki, hazırıq!","Bu məsələni iki həftəyə həll edə bilərik!", "Niyə Azərbaycanrazılaşmır?" Halbuki bu sözlərin arxasında heç bir real addımdayanmır. Bütün bunlar sadəcə vaxt udmaq məqsədi daşıyır. İrəvangeosiyasi dəyişikliklərə, Qərbin mövqeyinin dəyişməsinə, mümküntəxribatlara ümid edir - lakin üzərinə götürdüyü öhdəlikləri yerinəyetirmək niyyətində deyil. Paşinyan yenə yalan danışır. O, bunuaçıq, həyasızcasına edir və "sülhsevər, xoşniyyətli İrəvan" mifinisatmağa çalışır. Guya Ermənistan razılaşmağa hazırdır, lakin "pis"Azərbaycan bununla razılaşmır. Həqiqət isə budur ki, İrəvandəhlizlə bağlı öhdəliklərini yerinə yetirməyib, Ermənistanın bütün"konstruktiv təklifləri" sadəcə vaxt qazanmaq üçün manevrlərdir vəən nəhayət, əgər Paşinyan həqiqətən hazır olsaydı, dəhliz artıqfəaliyyət göstərirdi. Fəqət ortada heç bir dəhliz yoxdur. Bununsəbəbi Azərbaycanın imtina etməsi deyil - Ermənistan prosesə maneolmağa davam edir.
8."Bizim heç bir maneəmiz yoxdur, Azərbaycan bizimyollarımızdan istifadə edə bilər". Əgər Ermənistandoğrudan da yollarını Azərbaycana açıbsa, o zaman niyə real tranzitmövcud deyil? Hardadır maneəsiz keçid razılaşması? Hardadırtəhlükəsizlik zəmanətləri? Bunların heç biri yoxdur. Daha daönəmlisi, Azərbaycan 2021 və 2022-ci illərdə konkret tranzitmexanizmləri təklif edəndə, İrəvan bundan imtina etdi. Niyə? ÇünkiPaşinyanın əsas məqsədi Azərbaycanın, Türkiyənin və digər ölkələrinregional əlaqələrinin güclənməsinin qarşısını almaqdır. HərgahErmənistan həqiqətən kommunikasiyaları açmaq istəyirsə, əlavəşərtlər olmadan razılaşma imzalasın. Hələ ki, belə bir addımatılmayıbsa, bütün bu bəyanatlar sadəcə boş sözlərdənibarətdir.
9. "Biz nəzarəti beynəlxalq təşkilata verməyə hazırıq,amma Bakı razılaşmır". Hansı paralel reallıqda iki qonşuölkə arasındakı tranzit üçüncü tərəfin nəzarətinə verilir? NiyəErmənistanın özündə heç bir beynəlxalq təşkilat nəqliyyat üzərindənəzarət etmir? Paşinyan tranziti yox, təsir mexanizmi istəyir ki,bunun vasitəsilə prosesi manipulyasiya edə bilsin. Əgər beynəlxalqtəşkilat bu prosesə qoşulsa, istənilən vaxt ən kiçik bəhanə iləyolların fəaliyyətini dayandıra bilər - İrəvanın hədəfi də məhzbudur. Azərbaycan heç bir vasitəçiyə ehtiyac duymur. Ona lazım olanyeganə şey - Ermənistandan maneəsiz keçəcək konkret nəqliyyatmarşrutudur və Ermənistan bunu təmin etməyə məcburdur.
10. "Niyə Azərbaycan İranla razılaşdığı şərtləriErmənistanla qəbul etmir?". İran vasitəsilə tranzit realvə fəaliyyət göstərən bir marşrutdur, rəsmi müqavilələr və hüquqitəminatlar mövcuddur. Ermənistan vasitəsilə tranzitsə yalnızPaşinyanın dörd ildir davam edən boş bəyanatlarıdır. Ermənistanİranın təqdim etdiyi şərtlərlə eyni şərtləri təklif edirsə, qoybunu sənədli şəkildə təsdiqləsin və prosesi başlatsın. Niyə bu başvermir? Çünki İrəvan şantaj mexanizmini əldən vermək istəmir.
11. "Azərbaycan eskalasiya ilə hədələyir". 30il Azərbaycan torpaqlarını işğal edən kim idi? – Ermənistan.2020-ci ildə kim kapitulyasiya aktına imza atdı? – Ermənistan. Sülhrazılaşmalarına kim mane olur? – Ermənistan. Kim hələ də nəqliyyatyollarını bloklayaraq siyasi dividentlər qazanmağa çalışır? – Yenədə Ermənistan. Bütün bunlardan sonra Paşinyan Azərbaycanıeskalasiya ilə hədələməkdə günahlandırır? Əgər Bakı istəsəydi, budəhliz artıq Ermənistanı yan keçərək işləyirdi və İrəvanda heç kimbuna etiraz edə bilməzdi. Azərbaycanın hələ də diplomatikdanışıqlarla məşğul olmasının yeganə səbəbi sülh yolu ilə problemihəll etmək istəyidir. Amma səbr sonsuz deyil.
12. "Biz dəmir yolu tranzitini işə salmağahazırıq". Bu, Ermənistanın yeni manipulyasiyataktikasıdır. Ermənistan doğrudan da dəmir yolunu açmağahazırdırsa, niyə hələ də işləmir? Bu yolu kim inşa etməlidir?İrəvan üstüörtülü şəkildə Bakının və ya beynəlxalq təşkilatlarınlayihəyə maliyyə ayırmasını gözləyir. Ermənistan 2020-ci ildətranzit dəhlizinin mövcudluğunu artıq qəbul etmişdisə, niyə indi"yeni format" təklif edir və prosesi gecikdirir? Bu, açıq şəkildəvaxt uzatma siyasətidir. Ermənistan heç nə etməyəcək, ta kiAzərbaycan məsələni qətiyyətli şəkildə həll edənə qədər.
13. "Azərbaycan Ermənistana etibar etmirsə, biz Türkiyəyük maşınlarını buraxmağa hazırıq". Paşinyan açıq şəkildəAzərbaycana "Ermənistanın Türkiyə yük maşınlarının təhlükəsizliyinitəmin etməsinə etibar etməyi" təklif edir, lakin eyni zamandaBakıya eyni dərəcədə təhlükəsiz bir dəhliz verməkdən imtina edir.İrəvan daim tranzit razılaşmalarına yenidən baxmaqla hədələyirsə,Bakı niyə Ermənistanın infrastrukturundan asılı olmalıdır ki?!Ermənistandan hər hansı bir asılılıq qəbuledilməzdir. Yalnıznəqliyyat marşrutuna tam nəzarət tranzitin təhlükəsizliyini təminedə bilər.
14. "Biz heç bir maneə yaratmırıq, amma nədənsəAzərbaycan razılaşmır". Halbuki maneələr yaradan eləErmənistanın özüdür. Faktlara baxaq: 2021-ci ildə dəhlizinstatusunu tanımaqdan imtina etdi, 2022-ci ildə sərbəst tranzitəvəzinə "beynəlxalq nəzarət" ideyasını irəli sürdü, 2023-cü ildətexniki məsələlərə istinad edərək danışıqları ləngitdi. İndi isə,Azərbaycan İran üzərindən alternativ marşrut qurduqdan sonra,Paşinyan birdən-birə "konstruktivlik" xatırlayıb.
Amma artıq gecdir. Əgər İrəvan 2020-ci ildə üzərinə götürdüyüöhdəliyi yerinə yetirib nəqliyyat dəhlizini açmasa, Azərbaycanonsuz da yolunu tapacaq.
Ermənistan öhdəliklərini yerinə yetirmir. Nikol PaşinyanErmənistanın "blokdan çıxarmağa hazır olması" barədə yalan danışır.Ermənistan danışıqları uzatmağa çalışır. Fəqət Azərbaycan beləbəsit və abdal vədlərlə yalanlara inanmayıb, inanmaq niyyətində dədeyil.
Ya İrəvan razılaşmaları yerinə yetirəcəki, ya da təcriddəqalacaq. .
Ya Ermənistan dəhlizi açacaq, ya da Azərbaycan onu olmadan yolquracaq.
Başqa seçim yoxdur.