RU

“Dacia-2025” beynəlxalq təlimində KARGU PUA-dan istifadə olunub

Rumıniyada keçirilmiş “Dacia-2025” beynəlxalq təlimində STM şirkətinin inkişaf etdirdiyi KARGU pilotsuz uçuş aparatından (PUA) istifadə olunub.

“Poliqon” STM-ə istinadən xəbər verir ki, PUA, təlimdə iştirak edən Türkiyə Silahlı Qüvvələrinin kəşfiyyat bölüyü tərəfindən istifadə edilib.

Bildirilib ki, NATO üzvü ölkələrin də qatıldığı “Dacia-2025” təlimində KARGU üzv ölkələrin əsgərlərinin diqqətini çəkib.

Kamikadze PUA kimi tanınan KARGU pilotsuz uçuş aparatı STM tərəfindən yerli və milli imkanlarla hazırlanıb. O, 2018-ci ildə Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olub. Hazırda KARGU başda Türkiyə Silahlı Qüvvələri olmaqla, Türkiyənin müxtəlif təhlükəsizlik qüvvələri tərəfindən terrorla mübarizə, xüsusi və transsərhəd əməliyyatlarında effektiv şəkildə istifadə olunur. Dünya arenasında diqqətləri üzərinə çəkən KARGU ilk ixrac uğurunu 2021-ci ildə əldə edib və 2024-cü ilə qədər üç fərqli qitədə 10-dan çox ölkəyə ixrac olunub.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

Gk

Gk

Gk

Избранный
41
poliqon.az

1Источники