RU

Ərdoğanın bu sözləri İsraili sarsıtdı: Türkiyə ilə bağlı bu ölkəyə müraciət etdilər

Türkiyənin Suriyada olmasını istəməyən İsrail Türkiyənin bölgədə quracağını iddia etdiyi 3 hərbi bazanın qarşısını almaq üçün ABŞ-a müraciət edib.

Publika.az xəbər verir ki, bu barədə “İsrail Hayom” qəzeti yazıb.

Xəbərdə Təl-Əviv rəhbərliyinin Türkiyənin Suriyada hərbi baza qurmaması və İsrail əleyhinə siyasətlər inkişaf etdirməməsi üçün ABŞ-dan arxayın mesajlar tələb etdiyi iddia edilib.

Həmçinin Baas rejiminin devrilməsindən sonra Türkiyə ordusunun Suriyada birbaşa iştirak edəcəyi bir dövrə hazırlaşdığı iddia olunub. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "Etnik və dini mənsubiyyəti təhrik edərək Suriyadakı qeyri-sabitlikdən faydalanmağa çalışanlar bilsinlər ki, məqsədlərinə çata bilməyəcəklər" sözləri də xəbərdə yer alıb.

Избранный
46
publika.az

1Источники