“Əgər həqiqətən təhlükəsizliyinizə zəmanət verilməsini istəyirsinizsə, Ukraynanın gələcəyi üçün ən yaxşı təhlükəsizlik zəmanəti amerikalılara iqtisadi üstünlüklər verməkdir”.
“İki sahil” xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens “Fox News”un Sean Hannity proqramında söyləyib.
"Bu, 30 və ya 40 ildə müharibə görməmiş adi bir ölkədə 20,000 əsgərdən daha yaxşı təhlükəsizliyə zəmanətdir. Burada əsl planın nədir? Rusiya-Ukrayna müharibəsini əbədi olaraq maliyyələşdirə bilməzsiniz", Vens əlavə edib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”