RU

2025-ci ildə Orta dəhliz üzrə yükdaşımaların planlaşdırılan həcmi açıqlanıb

2025-ci ilə Orta dəhliz üzrə yükdaşımaları planında 2,5 milyon ton həcm, o cümlədən iyirmi futluq ekvivalentdə 96 min konteyner nəzərdə tutulur.

“Transxəzər beynəlxalq nəqliyyat marşrutu” beynəlxalq assosasiyasının baş katibi Heydər Abdikerimov assosasiyasının Bakıda keçirilən iclasında bildirib.

O qeyd edib ki, 2025-ci il üçün təsdiqlənmiş planın icrası üçün dəmir yolu və liman administrasiyaları, yükdaşıma operatorları, eləcə də gəmiçilik şirkətləri yüklənmiş vaqon və konteynerlərin sərhəd keçid məntəqələrində, limanlarda və Xəzər və Qara dəniz sahilində yerləşən liman stansiyalarında əsassız gecikmələrin və dayanma müddətinin qarşısını almalıdır.

Bununla da qatarların müəyyən olunmuş vaxtda maneəsiz keçidi təmin edilməlidir.

// APress.az

Избранный
14
1
apress.az

2Источники