RU

“Past”: Ermənistan höküməti rusiyalı tərəfdaşlarla əlaqələri normallaşdırmaq istəyir

Hökumət idarələrinə - Milli Assambleyaya, Xarici İşlər Nazirliyinə, Rusiya ilə hər hansı əlaqəsi olan bütün digər nazirliklərə və qurumlara rus tərəfdaşlar ilə mümkün qədər əlaqələri gücləndirmək tapşırılıb.

Herbiand.az bildirir ki, bu barədə Ermənistanın “Past” qəzeti öz mənbələrinə istinadən yazır.

“Müvafiq strukturlara tapşırılıb ki, öz xətləri üzrə keçirilən bütün tədbirlərdə fəal iştirak etsinlər, ezamiyyətlərə və görüşlərə təşəbbüs etsinlər, bir sözlə, münasibətləri normallaşdırsınlar. Bütün bunların nədən qaynaqlandığını söyləmək çətindir, lakin hökumətin dəhlizlərində belə şayiələr dolaşır ki, hakimiyyət hər ehtimala qarşı xarici siyasət cəbhəsində kəskin dəyişikliklərin, yumşaq desək, yaxşı heç nəyə gətirib çıxarmayacağını başa düşüb – nə siyasi, nə də xüsusilə iqtisadi baxımdan”, - nəşr qeyd edir.

Bəxtiyar CƏFƏRLİ

Избранный
22
herbiand.az

1Источники