RU

Heydər Abdikərimov: 2025-ci ildə Orta Dəhlizlə 2,5 milyon ton yükdaşıma nəzərdə tutulub

Bakı, 4 mart AZƏRTAC.

Cari 2025-ci ildə Orta Dəhlizlə 2,5 milyon ton yükün və 96 min konteynerin daşınması nəzərdə tutulub.

AZƏRTAC xəbər verir ki, bu sözləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Beynəlxalq Assosasiyasının baş katibi Heydər Abdikərimov jurnalistlərə açıqlaması zamanı deyib.

O bildirib ki, bu həcmdə yükün aşırılmasına nail olmaq üçün dəmir yolları və gəmi limanları əsassız gecikmələrin qarşısını almalı və dəqiqliklə yükləri qəbul edib yola salmalıdırlar.

“Xəzər və Qara dənizin sahillərindəki limanlar infrastruktura diqqət yetirməli, sərmayə yatıraraq imkanlarını artırmalıdırlar. Yük terminalları daha da genişlənməli, yüklərin qəbulu və boşaldılması gecikməməlidir. Dəmir yolları isə texniki məsələləri daim diqqət mərkəzində saxlamalıdır. Orta Dəhlizlə planlaşdırılandan artıq yükdaşıma da həyata keçirilə bilər”, - deyə baş katib əlavə edib.

Избранный
30
2
azertag.az

3Источники