ABŞ prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb.
“Cebheinfo.az” Modern.az-a istinadən xəbər verkir ki, “The Hill”in məlumatına görə, bu barədə konqresmen Darrel İssa bildirib.
"Bu gün mən ABŞ prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürürəm. Heç kim bundan artıq mükafata layiq deyil", - Darrel İssa qeyd edib.
Açıqlamada Trampın Ukrayna və Yaxın Şərqdəki münaqişələrə dair sülh səylərinə işarə edilib.
Tramp əvvəllər də bir neçə dəfə Nobel Sülh Mükafatına namizəd olub, lakin heç vaxt bu mükafatı qazanmayıb.
“Cebheinfo.az”