Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropa İttifaqı (Aİ) ölkələrinin müdafiə xərclərini 1,5 % artırmağı təklif edib.
“Report” xəbər verir ki, o, ümumi büdcəsi 800 milyard avro təşkil edəcək Aİ-nin yenidən silahlanma planını təqdim edib.
Onun sözlərinə görə, Avropa Komissiyası Aİ-də hava hücumundan müdafiə vasitələrinin istehsalı və Ukrayna üçün silah istehsalı ilə bağlı kredit şəklində 150 milyard avro cəlb etmək niyyətindədir.