AFFA Azərbaycan millisinin sabiq üzvü, “Neftçi” və “Qəbələ”də oynamış Ruslan Qurbanova ağır cəza verib.
“Cebheinfo.az” xəbər verir ki, hazırda 2-ci liqada mübarizə aparan “Hypers Guba”da çıxış edən futbolçu hakimi təhqir etdiyinə görə 4 oyunluq cəzalanıb.
Forvard “Şəmkir”lə matçda referilərə qarşı təhqiramiz ifadələr işlədib.
“Cebheinfo.az”