Misli Premyer Liqasının XXV turunun ikinci günü Tovuzda başlayacaq.
İdman.biz xəbər verir ki, oyun günü “Turan Tovuz” – “Zirə” matçı ilə start götürəcək.
Bu, rəqiblərin çempionatda 11-ci dueli olacaq. Əvvəlki 10 görüşdə üstünlük “Zirə”nin tərəfindədir.
Paytaxt təmsilçisi 5 qələbə qazanıb və 2 heç-heçə edib. Tovuz klubunun 3 qalibiyyəti var. Top fərqi də zirəlilərin tərəfindədir – 13-10.
“Turan Tovuz” son 3 ev oyununu qolsuz tərk etməyib. Qərblilərin ev görüşlərində heç-heçə qeydə alınmayıb. “Zirə” son 2 matçda qol vurmayıb.
01.10.2022 | Turan Tovuz - Zirə | 1:3 |
04.12.2022 | Zirə - Turan Tovuz | 2:1 |
24.02.2023 | Turan Tovuz - Zirə | 0:2 |
01.05.2023 | Zirə - Turan Tovuz | 1:3 |
06.10.2023 | Zirə - Turan Tovuz | 2:1 |
16.12.2023 | Turan Tovuz - Zirə | 1:0 |
02.03.2024 | Zirə - Turan Tovuz | 1:1 |
05.05.2024 | Turan Tovuz - Zirə | 1:2 |
06.05.2024 | Turan Tovuz - Zirə | 1:0 |
15.12.2024 | Zirə - Turan Tovuz | 0:0 |
Qeyd edək ki, matç saat 17:30-da başlayacaq.
İdman.biz