RU

Sabah hava yağmursuz olacaq

Martın 5-də gözlənilən hava şəraiti açıqlanıb.

Bakıda və Abşeron yarımadasında hava proqnozu

Milli Hidrometeorologiya Xidmətindən Sitat.info-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Temperatur və rütubət göstəriciləri

Havanın temperaturu gecə 0-3° isti, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq.

Rayonlarda gözlənilən hava şəraiti

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 11-16° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3-8° isti olacaq.

Dağlıq ərazilərdə yol şəraiti

Gecə və səhər bəzi dağlıq rayonlarda yollar buz bağlayacaq.

Избранный
70
49
sitat.info

10Источники