1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Avropa İttifaqının 800 milyard avro dəyərində silahlanma planını təklif edib. Bu barədə o, keçirdiyi mətbuat konfransında bildirib.
Oxu.Az-ın verdiyi məlumata görə, konfrans fon der Lyayenin "X" hesabında yayımlanıb.
"Aİ-nin yenidən silahlanma planı təhlükəsiz və möhkəm Avropa üçün müdafiə xərclərinə təxminən 800 milyard avro səfərbər edə bilər", - deyə o qeyd edib.
Aİ-nin icra orqanının rəhbərinin sözlərinə görə, Avropa Komissiyası, həmçinin Aİ ölkələri üçün hava hücumundan müdafiə vasitələrinin və Ukrayna üçün silahların istehsalı məqsədilə 150 milyard avro həcmində kredit cəlb etməyi planlaşdırır.