Dəri üzərində ağrılı səpgilər olaraq bilinən, xalq arasında suçiçəyi ilə qarışdırılan zona xəstəliyi hər 3 nəfərdən birində görülür.
Referans “Haber Global”a istinadən xəbər verir ki, stress, yuxusuzluq, zəif immun sistemləri kimi səbəblərlə meydana gələn xəstəliyin müalicəsi 6 aya qədər uzana bilər. Zona ağrısı xəstələri yuxusundan oyandıracaq qədər güclü olur.
Mütəxəssislər bildirir ki, ən böyük risk 65 yaş və üzəri şəxslərdədir.
Böyüklərin 90%-nin bədənində olan, amma oyanmaq üçün uyğun vaxtı gözləyən zona xəstəliyi yaş irəlilədikcə özünü daha çox göstərə bilir. Xəstəliyin 2030-cu ildə 19 milyon insanda görüləcəyi proqnozlaşdırılır.
Bu xəstəlik virusların səbəb olduğu bir dəri xəstəliyidir. Xalq dilində "zona", "nəsil xəstəliyi" və ya "gecə yanığı" olaraqda bilinir.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта