RU

İran mediası: “Türkiyə və Azərbaycan geosiyasi rəqabəti öz xeyrinə dəyişmək üçün böyük səylər göstərib”

“Entekhab” saytı ikiüzlülüklə Azərbaycanı “Bakı Respublikası” adlandırdığı yeni videoçarxında Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyənin iştirak etdiyi Lazurit (Lapis-Lazuli) dəhlizindən söz açıb.

Sayt yazıb ki, İranı geosiyasi mühasirəyə almağa çalışan Türkiyə Azərbaycanla əməkdaşlıq edərək beynəlxalq layihələrə və Lazurit dəhlizinə başlamaqla geosiyasi rəqabəti öz xeyrinə dəyişmək üçün ciddi cəhd göstərib. Bildirilib ki, Türkiyə Xəzəryanı ölkələri, Hindistan və Pakistanı dəhlizə birləşdirməyə can atır.

Sitat: “Lazurit dəhlizi Türkiyə və Azərbaycanın bölgədəki təsirini gücləndirir. İran üçün dəhliz tranzit gəlirlərinin azalması, geosiyasi mövqeyin zəifləməsi və iqtisadi imkanların itirilməsi demək olacaq. Nəticə etibarı ilə dəhliz İranın bölgədəki iqtisadi və siyasi mövqeyinə ciddi mənfi təsirlər göstərə bilər”.

visiontv.az



Избранный
60
visiontv.az

1Источники