RU

"Münasibətlər normallaşırsa, sanksiyalar ləğv edilməlidir" - Peskov

Rusiya-Amerika münasibətlərinin normallaşması ölkənin sanksiyalar yükündən azad edilməsini nəzərdə tutmalıdır.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

Bununla belə, o qeyd edib ki, hazırda belə planlara dair heç bir sübut yoxdur: "Bizim sanksiyalara münasibətimiz məlumdur, biz onları qeyri-qanuni hesab edirik. Əlbəttə, əgər söhbət ikitərəfli münasibətlərin normallaşdırılmasından gedirsə, o zaman bu münasibətləri sanksiyalar adlanan bu mənfi yükdən azad etmək lazımdır".

Ağarza Elçinoğlu


Mənbə: unikal.az

Избранный
13
unikal.az

1Источники