RU

Ruslan Qurbanova 4 oyunluq cəza

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

"Football-plus.az" xəbər verir ki, iclasda 1-ci və 2-ci liqalarındakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

Qurum millimizin sabiq üzvü Ruslan Qurbanovu cəzalandırıb. Belə ki, 2-ci liqanın 14-cü turunda “Hypers Quba” – “Şəmkir” oyununun 39-cu dəqiqəsində “Hypers Quba”nın formasını geyinən Ruslan Qurbanov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Bu səbəbdən o, 4 oyun cəzalandırılıb. “Haypers Quba” 300 manat cərimələnib.

Eyni görüşün 90+4-cü dəqiqəsində “Hypers Quba”nın başqa futbolçusu Sənan Aslanov da təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalandırılıb. Klub 300 manat cərimə edilib.

Həmçinin 1-ci liqanın 16-cı turunda “Baku Sportinq” – “Cəbrayıl” oyununun 87-ci dəqiqəsində “Baku Sportinq”in 17 nömrəli futbolçusu Orxan Fərəcov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalandırılıb. Onun klubu 300 manat cərimələnib.

Bundan əlavə, sözügedən matçın 87-ci dəqiqəsində “Cəbrayıl”ın 99 nömrəli futbolçusu Okan Təhməzli təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalandırılıb. “Cəbrayıl” 300 manat cərimə edilib.

Избранный
23
4
football-plus.az

4Источники