RU

Rusiyada rayon başçısı kafedən çıxarkən güllələndi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Altay diyarının Zavyalov rayonunun başçısı Nikolay Onişçenko kafedən çıxarkən güllələnib.
Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi jurnalistlərə məlumat verib.
Hadisə ilə bağlı "qətl" maddəsi ilə cinayət işi açılıb.
Araşdırma zamanı məlum olub ki, Onişçenkonun qatili keçmiş yerli Gənclər Komitəsinin rəhbəri Anatoli Fenindir.
Məlumata görə, 45 yaşlı Fenin 51 yaşlı Onişçenkonu təxminən 30 dəqiqə ərzində izləyib və yerli vaxtla saat 14:30-da ov tüfəngi ilə güllələyib. Daha sonra isə intihara cəhd edib.
Hazırda şübhəli reanimasiyadadır və özünə gəldikdən sonra dindiriləcək. Feninin istifadə etdiyi silah onun adına qeydə alınıb.
İlkin versiyalardan birinə görə, Onişçenko ilə onun arasında münaqişə olub.
Fenin əvvəllər Zavyalovo rayonunda Gənclər Komitəsinə rəhbərlik edib, aktiv şəkildə idmanla məşğul olub və stolüstü tennis yarışlarında mükafat qazanıb.
Избранный
22
oxu.az

1Источники