Kemerovo vilayətinin cənubunda zəlzələ baş verib.
Referans xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsi məlumat yayıb.
Seysmik hadisə Şereqeş dağ-xizək kurortunun yaxınlığında qeydə alınıb. Yeraltı təkanların maqnitudası 4,2 bal təşkil edib.
Mütəxəssislər zəlzələnin episentrdə 5,5 bal gücündə olduğunu bildiriblər.
Tələfat və ya infrastruktura ziyan dəyməsi barədə məlumat verilməyib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта