RU

Moskvada Heydər Əliyevin abidəsinin təməlqoyma mərasimi olub

Yazını böyüt
Yazını kiçilt

Moskvada Azərbaycanın Rusiyadakı Səfirliyinin yaxınlığındakı meydanda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin abidəsinin təməlqoyma mərasimi keçirilib.

Hafta.az xəbər verir ki, xatirə lövhəsində deyilir: “Burada iki dəfə Sosialist Əməyi Qəhrəmanı, görkəmli dövlət və siyasi xadim, Nazirlər Sovetinin Baykal-Amur magistral yolunun tikintisi və inkişafı komissiyasının sədrinin abidəsi ucaldılacaqdır”.

Tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev, Moskva şəhərinin meri Sergey Sobyanin, Rusiya Baş nazirinin müavini Vitali Savelyev, Baykal-Amur magistralının tikintisinin veteranları, SSRİ Nəqliyyat Nazirliyi və başqaları iştirak ediblər.

Heydər Əliyev SSRİ Nazirlər Sovetinin Baykal-Amur magistralının tikintisi və inkişafı üzrə Komissiyasının sədri vəzifəsini tutmuş və bu strateji əhəmiyyətli layihənin inkişafına böyük töhfə vermişdir. Abidənin Moskvada ucaldılması Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Sovet İttifaqı qarşısında, Baykal-Amur magistral xəttinin tikintisində və inkişafında xidmətlərinin tanınmasının rəmzidir.

Xəbər yenilənəcək

Избранный
19
12
hafta.az

10Источники