RU

Florensiyada Mikelancelo haqqında dünyanın ən böyük muzeyi açılacaq

Roma, 4 mart, AZƏRTAC

İtaliyanın Florensiya şəhərində məşhur heykəltəraş, rəssam və memar Mikelancelo di Lodoviko Buonarroti Simoni haqqında dünyanın ən böyük muzeyi fəaliyyət göstərəcək.

AZƏRTAC xəbər verir ki, bu addım Mikelancelonun anadan olmasının 550 illiyi münasibətilə atılıb. Muzey italyan intibah heykəltəraşlığının şah əsəri sayılan “David” heykəlinin yerləşdiyi Akademiya Qalereyası və Bargello Muzeyləri şəbəkəsi arasında yerləşəcək. Bu iki muzeyin birləşməsi ilə dünyanın ən böyük Mikelancelo muzeyi yaranacaq. Burada Mikelanceloya məxsus əsərlər sərgilənəcək.

İntibah dövrünün ən məşhur simalarından olan Mikelancelonun 550 illik yubileyi martın 6-dan başlayaraq il boyu İtaliyada müxtəlif tədbirlərlə qeyd olunacaq.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Избранный
21
azertag.az

1Источники