“Nürnberq”in baş məşqçisi Miroslav Klozen azərbaycanlı hücumçu Mahir Emrelidən narazılıq edib.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə Almaniya mətbuatında xəbər dərc edilib. Alman mütəxəssis futbolçunun topsuz çıxışından son dərəcə narazı qalıb:
“Top Emreli istədiyi zaman onun yanındadır. Əgər sadəcə topun sizə gəlməsini gözləsəniz, onu çox gözləməli olacaqsız”.
Mahir Emreli mövsümün əvvəlində “Nürnberq”lə müqavilə imzalayıb.