RU

İnvestisiya şirkətinin vəzifəli şəxsi cərimələnib

Azərbaycan Respublikasının Mərkəzi Bankının keçirdiyi yoxlama nəticəsində “Unicapital İnvestisiya Şirkəti” ASC-nin vəzifəli şəxsi cərimələnib.

Səbəb kimi müştəri uyğunluğu tədbirlərinə tam riayət olunmaması göstərilib. 

Beləliklə, AMB-nin keçirdiyi yoxlama çərçivəsində, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci və 598.1.5-ci maddələrinə əsasən, şirkətin vəzifəli şəxsinə on min manat cərimə tətbiq edilib.

İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsi, maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsini və ya tam tətbiq edilməməsini əhatə edir. 598.1.5-ci maddəsi isə maliyyə institutları tərəfindən siyasi nüfuzlu şəxslərlə bağlı tələblərə tam əməl edilməməsi hallarını nəzərdə tutur.

Sözügedən çatışmazlığın şirkətin fəaliyyəti və maliyyə dayanıqlığına təsir etmədiyi müəyyənləşdirilib.

Избранный
21
2
marja.az

3Источники