Azərbaycanın 17 yaşadək qızlardan ibarət futbol üzrə milli komandasının heyəti açıqlanıb.
Offsideplus.az xəbər verir ki, Avropa çempionatının ikinci seçmə mərhələsində mübarizə aparacaq yığmamıza 23 oyunçu dəvət olunub.
U-17-nin heyəti: Firuzə Bayramova ("Dinamo Balakən"), Nərgiz Ağalıyeva, Arzu Cəfərova, Bədriyyə Mövludova, Ayan Abdiyeva ("Şəfa"), Aydan Abdullayeva, Məryəm Səmədli, Tahirə Rəcəb, Xədicə Rəhimova (Təhsil 8 İOEUGİM), Aygün Novruzova, Aysu Əsədova, Məhsumə Vahabzadə, Aylin Kərimova ("Sabah"), Xanım Əsədova, Ayşən Salamzadə, Səma Əsədova, ("Neftçi"), Şəhanə Mirzəliyeva, Könül Hüseynova ("Mingəçevr"), Suel Polikarpova, Elmira Hüseynova, Aylin Əliyava ("Ulduz"), Sara Səlimova ("Gömrükçü"), Naidə Məmmədovə ("Zaqatala Siti")
Qarşıdakı vacib görüşlərlə əlaqədar sabahdan etibarən Milli Komandaların Təlim-Məşq Mərkəzində hazırlıq prosesi başlanacaq.
Artıq Avropa çempinatının ikinci seçmə mərhələsinin B Liqasının B qrupunun oyunlarının təqvimi də məlumdur. Qrup mərhələsinin görüşləri 12-18 mart aralığında Bakıda keçiriləcək.
Oyunların təqvimi:
12 mart
11:00. Bolqarıstan - Malta
ASCO Arena
16:00. Azərbaycan – Lüksemburq
ASCO Arena
15 mart
11:00. Lüksemburq - Malta
ASCO Arena
16:00. Bolqarıstan - Azərbaycan
ASCO Arena
18 mart
13:00. Azərbaycan – Malta
ASCO Arena
13:00. Lüksemburq - Bolqarıstan
Binə stadionu