Bakı. Trend:
Energetika Nazirliyi Həmkarlar İttifaqı Komitəsininnövbədənkənar seçki konfransı keçirilib.
Nazirlikdən Trend-ə verilənməlumata görə, konfransa sədrlik edən energetika nazirinin müaviniSamir Vəliyev həmkarlar ittifaqlarının işçilərin hüquqlarınınmüdafiəsində, o cümlədən sosial-məişət məsələlərinin həllinədəstəyin verilməsində mühüm rol oynadığını qeyd edib.
Komitə sədrinin iş yerini dəyişməsi ilə əlaqədar yeni idarəheyətinin formalaşdırılmasına zərurət yarandığı vurğulanıb və buməqsədlə növbədənkənar seçki konfransının təşkil edildiyibildirilib.
Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqınınRespublika Komitəsinin sədr müavini Fəthulla Mustafayev çıxışedərək müvafiq sahəni tənzimləyən qanunvericik aktlarınıntələbləri, həmçinin əməkdaşların istirahətinin səmərəli təşkili,əmək qabiliyyətinin bərpası, sağlamlığının qorunması vəmöhkəmləndirilməsi istiqamətində həmkarlar ittifaqları tərəfindəngörülən tədbirlər haqqında məlumat verib.
Sonra iclasın gündəliyi konfrans iştirakçılarının nəzərinəçatdırılıb, gündəlik və reqlament səsə qoyularaq qəbul edilib.
Həmkarlar İttifaqı Komitəsinin idarə heyətinin 5 nəfərdən,təftiş komissiyasının 3 nəfərdən ibarət olması qərarlaşdırılıb.Həmkarlar İttifaqı Komitəsi idarə heyətinin və təftişkomissiyasının üzvlüyünə namizədlər seçilib. İdarə heyətinin üzvüXalidə Məsimovanın uzun müddətli iş təcrübəsi, yüksək təşkilatçılıqbacarığı və səmərəli fəaliyyəti nəzərə alınaraq Həmkarlar İttifaqıKomitəsinin sədri vəzifəsinə seçilməsi təklif edilib və təklifyekdilliklə qəbul edilib.
Yeni tərkibdə seçilmiş Həmkarlar İttifaqı Komitəsi idarəheyətinin və təftiş komissiyasının üzvlərinə uğurlar arzulanıb vəyeni heyətin Komitə qarşısında duran vəzifələri layiqincə yerinəyetirəcəyinə əminlik ifadə olunub.