RU

“Azərkosmos”a Dunay Bədirxanov rəhbərlik edəcək 

  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Kosmik Agentliyinin (Azərkosmos) İdarə Heyəti sədrinin vəzifələrinin müvəqqəti icra edilməsi Dunay Bədirxanova həvalə edilib.

Referans APA-ya istinadən xəbər verir ki, D.Bədirxanov daha öncə qurumun İdarə Heyətinin sədrinin müavini vəzifəsini icra edib.

Qeyd edək ki, "Azerkosmos"un İdarə Heyətinin sədri Saməddin Əsədov bu gün rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.  

Избранный
124
33
referans.az

10Источники