Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Toral Bayramov xanımına bahalı avtomobil hədiyyə edib.
Offsideplus.az xəbər verir ki, futbolçu restoranların birində şam yeməyindən sonra doğum günü münasibətilə (27 dekabr) həyat yoldaşına "Land Rover" markalı avtomobil bağışlayıb.
Avtomobilin hədiyyə olunduğu anları futbolçunun xanımı Nəzrin Bayramova sosial şəbəkə hesabında paylaşıb.
Qeyd edək ki, cütlük 2021-ci ildə ailə həyatı qurublar, 1 qız övladları var.
View this post on Instagram