Sea Breeze

Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olmuş “Artikulyasiya akademiyası: şagirdlərin ictimai natiqlik proqramı” layihəsi yekunlaşıb.

Layihə çərçivəsində 35 şagird seçilərək iki qrupa bölünüblər və onlar üçün debat bacarıqlarını inkişaf etdirmək məqsədilə 32 saatlıq təlim keçirilib. Təlimlər yekunlaşdıqdan sonra isə oxu müsabiqəsi baş tutub. Təlimçilər tərəfindən mətnlər hazırlanıb uşaqlar sıra ilə təlimlərdə öyrəndiklərinə əsasən mətnləri oxuyublar və yekunda qaliblər müəyyənləşib.

Layihənin məqsədi ibtidai sinif şagirdlərinin nitq və ünsiyyət bacarıqlarını inkişaf etdirmək, özlərini ifadə qabiliyyətlərini gücləndirməkdən ibarət olub.

Qeyd edək ki, layihə Tərtər şəhər Şikar Şikarov adına 5 nömrəli tam orta məktəbdə tarix müəllimi Sərxan Yusifzadə tərəfindən həyata keçirilib.

ETX
ETX
ETX