RU

Azərbaycan boksçuları Gürcüstan yığması ilə birlikdə hazırlaşırlar

Azərbaycanın yeniyetmə boksçulardan ibarət millisi Gürcüstan yığması ilə birgə hazırlığa başlayıb.

Fanat.Az Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Vaqif Kazımovun çalışdırdığı komanda Qori şəhərində təlim-məşq toplanışı keçir.

Gürcüstan yığması ilə birgə hazırlıqda 22 boksçumuz iştirak edir. Məşqlər martın 15-də başa çatacaq və yığma ertəsi gün Bakıya qayıdacaq.

Избранный
36
6
fanat.az

8Источники