Azərbaycanın yeniyetmə boksçulardan ibarət millisi Gürcüstan yığması ilə birgə hazırlığa başlayıb.
Fanat.Az Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Vaqif Kazımovun çalışdırdığı komanda Qori şəhərində təlim-məşq toplanışı keçir.
Gürcüstan yığması ilə birgə hazırlıqda 22 boksçumuz iştirak edir. Məşqlər martın 15-də başa çatacaq və yığma ertəsi gün Bakıya qayıdacaq.