RU

"Erkən nikahlar qızların təhsil hüququnu pozur" – QHT sədri Ziba Quliyeva

İnkişaf Təşəbbüsləri İctimai Birliyinin sədri Ziba Quliyeva QHT.az-a açıqlamasında erkən nikahların qızların təhsil hüququna ciddi zərbə vurduğunu bildirib.

Onun sözlərinə görə, erkən nikaha daxil olan qızlar orta təhsildən yayındıqları üçün ali təhsil almaq imkanından məhrum olur, bu isə onların şəxsi inkişafına və cəmiyyətdəki roluna mənfi təsir edir:

"Orta təhsil almayan qızların ümumi bilik səviyyəsi və dünyagörüşü tam formalaşmadığı üçün, gələcəkdə öz övladlarının təhsilinə də kifayət qədər diqqət ayıra bilmirlər. Təhsilini başa vurmayan qızlar öz hüquqlarını bilmirlər və bu da onların gələcəkdə məişət zorakılığının qurbanı olmasına səbəb ola bilər; belə hallarda, öz hüquqlarını bilsə belə, erkən nikah zamanı rəsmi nikahı olmadığı üçün onların hüquqlarının qorunmasında da problemlər yaranır. Erkən nikah qurduqda, qızların təhsil hüququndan əlavə sağlamlıq hüququ da pozulur, belə ki, erkən nikah hallarında ana və uşaq ölümü hallarının daha çox olması müşahidə olunur".

QHT sədri cəmiyyətdə bu problemin qarşısının alınması üçün maarifləndirmə tədbirlərinin gücləndirilməsinin vacibliyini qeyd edib.

 

Pərvanə Fərhadqızı

Избранный
30
qht.az

1Источники