RU

Boliviyada qəza, 31 nəfər ölüb

Boliviyada avtobusun yük maşını ilə toqquşaraq uçurumdan aşması nəticəsində 31 nəfər ölüb. 

Ölkə.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində daha 22 nəfər yaralanıb.

Məlumata görə, yük maşınının sürücüsü həbs edilib. Ötən həftə səhər eyni ərazidə iki avtobusun toqquşması nəticəsində isə ən azı 37 nəfər həlak olub.

Qəzaların səbəbləri araşdırılır.

Həmidə İbrahimova

Избранный
35
1
olke.az

2Источники