RU

Qeyri-qanuni BQXK: qaçaqmalçılıq, hərbi cinayət, Ermənistana daşınan "xəstə"lər

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK- İCRC) Azərbaycan nümayəndəliyinin bağlanacağı haqda məlumatlar yayılıb. Bu, BQXK-nın Azərbaycanın suverenliyinə qarşı törətdiyi əməllərə diqqət çəkir və bir sualı aktuallaşdırır: belə bir təşkilatın Azərbaycanda fəaliyyətinə ehtiyac varmı?

BQXK-nın nizamnaməsinə görə, təşkilatın əsas missiyası beynəlxalq və daxili münaqişələr zamanı qurbanları - qaçqınları, mülki şəxsləri, əsirləri, yaralıları, qeyri-döyüşçüləri qorumaqdır və bunu edərkən dini-etnik ayrı-seçkiliyə yol verməməlidir. Azərbaycan iki müharibədə - I və II Qarabağ döyüşlərində bunun tam əksi ilə üzləşib.

Birinci Qarabağ müharibəsində BQXK itkin və əsir düşən 4 min azərbaycanlının taleyinin müəyyən edilməsi məsələsində heç bir iş görmədi. Həmin vaxt Ermənistanda saxlanılan azərbaycalı əsirlərlə BQXK-nın görüşdüyü məlum idi, lakin komitə nə onların saxlanılma şəraiti, nə də sonrakı taleyi ilə bağlı məlumatları Azərbaycana vermədi və missiyasını icra etməkdən imtina etdi. Eyni münasibətlə İkinci Qarabağ müharibəsində də qarşılaşdıq.

44 günlük müharibədən sonra BQXK-nin fəaliyyəti “erməni missiyasına” əsaslanırdı: 1700-dən çox erməni hərbçinin cəsədi məhz bu komitənin vasitəsilə Ermənistana təhvil verildi;

BQXK-nın fəaliyyətində “qurban azərbaycanlıdırsa, heç bir addım atılmamalı, qurban ermənidirsə, hərəkətə keçilməlidir” prinsipi aydın görünürdü. Hərçənd komitənin Azərbaycana qarşı fəaliyyəti bununla yekunlaşmır.

BQXK-nın Bakıda ofisinin olmasına baxmayaraq, 2020-ci ildə Azərbaycana heç bir məlumat verilmədən Xankəndində ofisi fəaliyyətə başlandı. Bu, həm Azərbaycan qanunvericiliyinə, həm də beynəlxalq hüquqa zidd addımdır.

- Komitənin Bakı ofisi fəaliyyət göstərdiyi halda Azərbaycanın suveren ərazisində qeyri-qanuni olaraq, ikinci ofisin açılması suverenliyimizin pozulması idi;
- Xankəndidə açılan ofisin BQXK-nın Ermənistandakı nümayəndəliyinə tabe olması Azərbaycan daxilində separatizmin körüklənməsi, ərazi bütövlüyü və suverenliyimizə qarşı fəaliyyətin stimullaşdırılması məqsədi daşıyırdı.

Azərbaycanın dəfələrlə müraciət etməsinə baxmayaraq, BQXK qeyri-qanuni fəaliyyətindən əl çəkmədi, əksinə, qeyri-qanuni fəaliyyətini daha da genişləndirdi. 2022-ci ilin 12 dekabrında azərbaycanlı ekofəallar Laçın yolunda aksiyaya başladıqdan sonra Xankəndidə qalmış separatçılar üçün situasiya dəyişdi. Buna qədər silah-sursat və qeyri-qanuni yüklərin daşınmasını asanlıqla həyata keçirən dəstənin belə imkanları azaldı. 2023-cü ilin 23 aprelində Laçın yolunda sərhəd-buraxılış məntəqəsinin qurulmasından sonra isə tamamilə çıxılmaz vəziyyətə düşdülər.

BQXK məhz bu məqamda dövriyyəyə daxil olaraq, “humanitar missiyası” adı altında Ermənistandan qeyri-qanuni yüklər və silah-sursatın daşınmasını üzərinə götürdü.

Dövlət Sərhəd Xidmətinin 2023-cü ilin iyul ayında Laçın sərhəd-buraxılış məntəqəsində BQXK əməkdaşlarının komitənin embleminin olduğu avtomobillərlə qaçaqmalçılıq etmək cəhdini aşkarlaması bütün faktları ortaya çıxardı. Məlum oldu ki, BQXK-nın 2022-ci ilin dekabrından – ekofəalların aksiyası başlamasından sonra Xankəndidə qalmış separatçı dəstənin dəstəklənməsi məqsədilə “humanitar missiya”dan sui-istifadə edib.

Araşdırmalar nəticəsində BQXK-nın Azərbaycan ərazisində Ermənistanın xeyrinə qaçaqmalçılıq və casusluq fəaliyyəti ifşa olundu.

Избранный
63
2
publika.az

3Источники