RU

TBMM sədri Numan Kurtulmuş Sahibə Qafarovaya zəng edib

Martın 4-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Milli Məclisin sədri Sahibə Qafarovaya zəng edərək, mübarək Ramazan ayının başlaması münasibətilə təbriklərini çatdırıb...

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, TBMM sədri bu mübarək ayın qardaş Azərbaycan xalqına və Müsəlman dünyasına sülh, əmin-amanlıq və xeyir-bərəkət gətirməsini diləyib.

Telefon danışığı zamanı qardaş ölkələrimiz arasında münasibətlər, o cümlədən, parlamentlərimiz arasında əməkdaşlıq məsələləri haqqında da fikir mübadiləsi aparılıb, qanunverici orqanlarımızın həm ikitərəfli, həm də beynəlxalq parlament təşkilatlarında yüksək səviyyədə əməkdaşlığından razılıq ifadə olunub.

Poliqon.info

Избранный
70
8
poliqon.info

10Источники