RU

Müxalifət Serbiya parlamentində insident törədib, üç deputat yaralanıb - Yenilənib

Serbiya parlamentində baş verən qarşıdurmada üç deputat yaralanıb...

“Report” xəbər verir ki, bu barədə Serbiyanın Radio və Televiziyası parlamentin spikeri Ana Brnabiçin bəyanatına istinadən məlumat yayıb. 

A.Brnabiç qeyd edib ki, iclas zalında baş verən iğtişaşlar zamanı üç nəfər yaralanıb. Onlar Yasmina Karanats, həmçinin Yasmina Obradoviç və Sonya İliçdir.

Məluamat görə, yaralılardan birinin vəziyyəti ağırdır.

***

Serbiya parlamentində qarşıdurma baş verib, müxalifət deputatları protexnik vasitələr yandırıb və iclas zalı tüstü ilə dolub.

“Report” xəbər verir ki, bu barədə Serbiyanın Radio Televiziyası məlumat yayıb.

Məlumata görə, parlamentin spikeri Ana Brnabiçin üzərinə su atılıb.

Deputatlar yaz sessiyasının ilk iclasında təxminən 50 bənddən ibarət gündəliyi qəbul ediblər.

Bunlardan başlıcası Novi-Sad şəhərində dəmir yolu vağzalının çökməsi nəticəsində 15 nəfərin həlak olması ilə bağlı kütləvi etiraz aksiyaları səbəbindən təhsil qanununa düzəlişlər olub.

Gündəliyin təsdiqlənməsindən sonra müxalifətçi "Yaşıl-Sol Cəbhə"nin deputatı Radomir Lazoviç ölkə rəhbərliyinə qarşı qışqıraraq Rəyasət Heyətinə doğru hərəkət edib, onun ardınca partiya yoldaşları da qalxıb, zalın mərkəzində təhlükəsizlik xidməti əməkdaşları və digərləri arasında qarşıdurma baş verib.

Poliqon.info

Избранный
21
1
poliqon.info

2Источники