RU

Boliviyada avtobus və yük avtomobili toqquşub, 31 nəfər ölüb

Qahirə, 4 mart, AZƏRTAC

Boliviyanın cənubunda dağlıq ərazidə avtobusun yük avtomobili ilə toqquşması nəticəsində baş verən yol qəzasında azı 31 nəfər ölüb.

AZƏRTAC İraq Xəbər Agentliyinə istinadla bildirir ki, hadisə Oruro və Potosi şəhərləri arasındakı yolda baş verib. Toqquşma nəticəsində sərnişin avtobusu aşaraq yolun kənarında, təxminən 500 metr dərinlikdə olan dərəyə düşüb.

Yerli polis 31 nəfərin öldüyünü, daha 22 nəfərin yaralandığını təsdiqləyib. Yük maşınının sürücüsü saxlanılıb və qəza ilə bağlı araşdırma başlanıb.

Qeyd edək ki, martın 1-də ölkənin cənubundakı Boliviyada Uyuni şəhəri yaxınlığında iki avtobusun toqquşması nəticəsində 37 nəfərin ölümü ilə nəticələnmişdi.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Избранный
10
50
azertag.az

10Источники