Misli Premyer Liqasında 25-ci turun oyunları davam edir.
İdmanxeber.az-ın məlumatına görə, günün ilk matçında “Turan Tovuz” öz meydanında “Zirə”ni qəbul edib. “Qartallar” görüşdən qalib ayrılıb – 2:0.
Hazırda Tovuz klubu 42 xalla dördüncü, paytaxt təmsilçisi isə 48 xalla ikinci pillədə qərarlaşıb.
Misli Premyer Liqası
26-cı tur
4 mart
17:30. “Turan Tovuz” – “Zirə” 0:2
Qol: Qismət Alıyev, 5 – pen. (1:0), İssa Cibrila, 56 (2:0)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
VAR: Nicat İsmayıllı
AVAR: Vüsal Məmmədov
Tovuz şəhər stadionu