Futbol üzrə Azərbaycan Birinci Liqasında 2024/2025-ci illər mövsümünün 19-cu turunun oyun cədvəli müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, iki günü əhatə edəcək tura martın 27-də start veriləcək.
Birinci Liqa
19-cu tur
27 mart
“Zaqatala” – “Qaradağ Lökbatan”
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 15:00.
MOİK – “Difai”
Binə qəsəbə stadionu, 15:30.
“Karvan” – “Baku Sporting”
Yevlax şəhər stadionu, 15:30.
28 mart
“İmişli” – “Cəbrayıl”
Heydər Əliyev adına İmişli şəhər stadionu, 15:30.
“Qəbələ” – “Mingəçevir”
Qəbələ şəhər stadionu, 16:00.