Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında bu gün 25-ci tura start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
“Səbail”lə “Şamaxı”nın əvəzediciləri arasında keçirilmiş oyunda qalib müəyyənləşməyib. “Sumqayıt”ın ikinci komandası isə “Qarabağ”ın əvəzediciləri ilə ev oyunundan darmadağınla ayrılıb.
25-ci turun qalan görüşləri martın 5-də və 6-da keçiriləcək.
Əvəzedicilər Liqası
25-ci tur
4 mart
“Səbail-2” – “Şamaxı-2” 1:1
Qollar: Əjdər Hacılı, 88 – Qurban Səfərov, 43.
Hakimlər: Kamal Umudlu, Rahil Ramazanov, Sevda Nuriyeva, Nazim Abdullayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elman Musayev.
“Bayıl Arena”, 15:00.
“Sumqayıt-2” – “Qarabağ-2” 4:0
Qollar: Hacıəli Şirəliyev, 10. Ömər Qurbanov, 18. Rəvan Abasov, 77. Məmməd Əhmədov, 90+1.
Hakimlər: İnqilab Məmmədov, Teymur Teymurov, Tərlan Talıbzadə, Sənan Bayramzadə.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:00.
5 mart
“Turan Tovuz-2” – “Zirə-2”
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəşad Quliyev, Səxran İsmayılov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Tovuz şəhər stadionu, 12:00.
“Sabah-2” – “Araz-Naxçıvan-2”
Hakimlər: Əli Əliyev, Kərim Zeynalov, Gülnurə Əkbərzadə, Niyaz Əhmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Bakı. “ASK Arena”, 15:00.
6 mart
“Kəpəz-2” – “Neftçi-2”
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Namik Bəkirov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.