RU

Övladını naqillə döyən qadının AXTARIŞLARI APARILIR

Fevralın 3-də ananın uşağına işgəncə verməsi ilə bağlı görüntü Videoda ana azyaşlı övladını küncə qoyub, şiddət göstərdiyini etiraf edib. O, həmçinin uşağını çubuqla döyəndə incitmədiyi üçün naqillə vurduğunu deyirdi.

Sözügedən məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətindən hakimiyyet.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda uşağın anası Fatimə Ramazanovanın və övladının tapılması istiqamətində işlər aparılır:

"Azyaşlı M.E.Ramazanovanın anası Fatimə Rafiq qızı Ramazanova tərəfindən fiziki və psixoloji zorakılığa məruz qalması ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatın araşdırılması və məsələnin nəzarətə götürülməsi barədə Rayon İcra Hakimiyyəti tərəfindən Rayon Polis İdarəsinə və Rayon Prokurorluğuna rəsmi müraciət edilib. Rayon Polis İdarəsi tərəfindən verilmiş şifahi məlumatda Fatimə Ramazanovanın yaşadığı ünvanın müəyyən edildiyi, lakin onun və övladının həmin ünvanda olmadığı bildirilib. Hazırda Fatimə Ramazanovanın və övladının tapılması istiqamətində işlər aparılır".

View this post on Instagram

A post shared by hakimiyyet.az (@oxuaz)

Aygün Mirakif

Избранный
25
5
hakimiyyet.az

10Источники